Neftçala Rayon Statistika İdarəsinin rəisi Şahin Mənəfov saytımıza məlumat verib ki, 2024-cü ilin yanvar-oktyabr aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin eyni dövrünə nisbətən 3,3 faiz artaraq 626,8 manat təşkil edib.
Cari ilin yanvar-oktyabr aylarında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı neft sektorunda 1523,6 manat, qeyri-neft sektorunda 586,4 manat, dövlət sektorunda 624,7 manat, qeyri-dövlət sektorunda isə 630,2 manat olub. 2023-cü ilin eyni dövrünə nisbətən muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı neft sektorunda 8,4 faiz, qeyri-neft sektorunda 2,6 faiz, dövlət sektorunda 0,5 faiz, qeyri-dövlət sektorunda isə 8,1 faiz artıb. Digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində və elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahəsində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Demir-yumruq.az
Səmil Şahlaroğlu