“Ətraf mühitin mühafizəsi Azərbaycanda həmişə başlıca vəzifələrdən sayılıb. Ona görə də “yaşıl” inkişaf, “yaşıl” enerji əsas hədəflər arasındadır”.
“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşada Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.
Azad edilmiş ərazilərdə də “yaşıl” enerji sahəsini inkişaf etdirməyi qarşıya məqsəd qoyduqlarını deyən nazir həmin bölgədə görülən bərpa işlərində əhalinin keyfiyyətli içməli su təchizatına da xüsusi diqqət yetirildiyini vurğulayıb.
Nazir həmçinin Oxçuçayın çirklənməsindən narahatlıq ifadə edərək bu məsələnin bütün region üçün böyük təhlükə yaratdığını qeyd edib.
Eləcə də bərpa olunan enerji mənbələrinin inkişafı və sıfır emissiya zonasının yaradılması da mühüm vəzifələr kimi diqqətə çatdırılıb.
“Azad olunmuş ərazilərin bərpası üçün beynəlxalq təşkilatların dəstəyi mühüm məsələdir”, – deyə nazir qeyd edib.
www.102info.az