İtaliya rusiyalı biznesmenin mülkünə həbs qoydu – FOTO

İqtisadiyyat

İtaliyanın hüquq-mühafizə orqanları Sardiniyada “Severstal”ın sahibi, rusiyalı biznesmen Aleksey Mordaşova məxsus villaya həbs qoyub.

Olbiya şəhərində yerləşən mülk 105 milyon avro dəyərində qiymətləndirilir.

Həbs Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına görə Avropa İttifaqı ölkələrinin tətbiq etdiyi sanksiyalar çərçivəsində həyata keçirilib.

Mordaşov da bir çox digər rusiyalı biznesmenlər, siyasətçilər və məmurlar kimi sanksiya siyahısında olub.

Mənbə: Meduza

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir