“Azəriqaz”ın baş direktoru abonentlərin sullarını cavablandıracaq

İqtisadiyyat

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev abonentlərin qaz təsərrüfatında yaranmış problemləri ilə bağlı sullarını canlı cavablandıracaq.

Bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, havaların kəskin soyuması ilə əlaqədar bu gün saat 17:00-da “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyevin “Facebook” üzərindən öz səhifəsindən canlı yayımı planlaşdırılır.

Abonentlər qaz təsərrüfatı ilə bağlı yaranmış problemləri canlı yayıma qoşularaq baş direktora ünvanlaya bilərlər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir