SOCAR 2800 hektardan çox ərazini tullantılardan təmizləyib

İqtisadiyyat

2006-2021-ci illər ərzində SOCAR tərəfindən 2819,57 hektar sahə tullantılardan təmizlənib.

SOCAR-dan Trend-ə verilən məlumata görə, bu, 56 futbol meydançasının ərazisi boyda sahədir.

Qeyd olunub ki, tullantıların bir hissəsi təkrar emal olunub, bir hissəsi isə tullantıların idarə edilməsi mərkəzinə göndərilib:

“2021-ci ildə SOCAR tərəfindən əməliyyat şirkətlərinin və birgə müəssisələrin 56,57 hektar ərazisi tullantıdan təmizlənib. Son 10 ilə 1111 hektar ərazi tullantılardan təmizlənib. Bu sahə təxminən beş Monako dövləti ərazisi qədərdir”, – məlumatda qeyd olunur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir