“Binance” kriptobirjası rusiyalılara girişi məhdudlaşdıracaq

İqtisadiyyat

Kriptovalyuta birjası “Binance” Rusiyada yaşayan və aktivləri on min avrodan çox olan istifadəçilərin öz xidmətlərinə çıxışını məhdudlaşdırmaq qərarına gəlib.

Bu barədə RBC dəstək çatındakı mesaja istinadən yazır.

Saytın müştəriləri yalnız pul çıxarma funksiyasından istifadə edə biləcəklər. Onlar birjada ticarət edə və ya hesablarına əlavə vəsait yatıra bilməyəcəklər. “Binance” Rusiyada fəaliyyətini dayandırmaq planlarının olmadığını, lakin lazım gələrsə, sanksiyaları dəstəkləməyə hazır olduğunu bildirib.

Mart ayında “Binance” Rusiyada buraxılan “Mastercard” və “Visa kart”larla əməliyyatları dayandırıb. “Binance” Çində yaradılıb, lakin hakimiyyət kriptovalyuta mübadiləsini qadağan etdikdən sonra 2017-ci ildə ölkəni tərk edib və sonra müxtəlif şəhərlərdə ofislər yaradıb.

Aprelin 20-də Federal Vergi Xidməti Rusiya şirkətlərinə kriptovalyuta ilə ödənişlər etməyə icazə verməyi təklif edib. Söhbət yalnız ixrac və idxaldan gedir, ölkə daxilində isə kriptovalyuta ilə ödəniş hələ də qadağandır.

 Mənbə: Lenta.ru

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir