Orxan Məmmədov: “Regionlarda fəaliyyət göstərən KOB evləri “bir pəncərə” prinsipi ilə çalışır”

İqtisadiyyat

“KOBİA artıq 5 ilə yaxındır fəaliyyət göstərir və müasir dövrün çağırışlarına uyğun fəaliyyət göstərir”.

Oxu.Az xəbər verir ki, bunu Ulu Öndərin sahibkarlarla görüşünün 20 iliyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

O bildirib ki, ölkədə fəaliyyət göstərən biznes subyektlərinin 99 faizi dayanıqlı kiçik və orta biznesin inkişafı səviyyəsi ilə sıx bağlıdır:

“Biz dövlət qurumları ilə KOB subyektləri arasında körpü rolunu oynamağa çalışırıq. Biz fəaliyyətimizi sahibkarlarla qarşılıqlı əlaqədə qururuq və onların inkişaf meyillərini öyrənməklə təyin edirik. Ötən dövrdə qeyd edilən istiqamətlər üzrə bir sıra dəstək mexanizmləri yaradılıb və istifadəyə verilib. 

Ölkənin iki fərqli regionunda fəaliyyət göstərən KOB evləri “bir pəncərə” prinsipi ilə çalışır. Hazırda ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstərən KOB Dostu şəbəkəsi sahibkarlıq subyektlərinin yaranması üçün dövlət dəstəyi göstərir. Onların yanında 21 KOB inkişaf Mərkəzi də fəaliyyət göstərir. Bu yolla biz ucqar rayonlardakı sahibkarlarla təmas qurub vaxtında problemlərini duya bilirik. Mərkəzlərdə isə ödənişsiz təlimlər həyata keçirilir”.

Könül Cəfərli

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir