Mərkəzi Nəbatət bağı üçün ayrılan 58 milyon manatın aqibəti necə olacaq? – BŞİH-dən AÇIQLAMA + FOTO

İqtisadiyyat

Bir müddət əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mərkəzi Nəbatat bağında abadlıq işlərinə 58 milyon manata yaxın vəsait ayıracağına dair məlumat yayıldı. İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC-nin “Xəzər Construction” MMC-ni podratçı qismində işə cəlb etdiyi bildirildi. 

Maraqlıdır, 58 milyon manata hansı işlərin icrası nəzərdə tutulub?

BŞİH-nin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edib ki, hazırda Mərkəzi Nəbatat bağında təqdim olunmuş ilkin layihənin ekspertizası aparılır, ərazidəki bina və digər tikililərin vəziyyəti araşdırılır:

“Araşdırma başa çatdıqdan sonra xərclərin hansı istiqamətdə olacağı müəyyənləşəcək. Gələcəkdə burada təsdiq edilmiş layihə əsasında işlər aparılacaq”.

Sayad Həsənli