Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri ilə görüşdü – FOTO

İqtisadiyyat

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə meneceri Sara Mayklla görüşüb.

Bu barədə nazir “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri xanım Sara Mayklla DB ilə səmərəli əməkdaşlıq, birgə layihələrin icra vəziyyəti, yeni təşəbbüslər və perspektivlər barədə müzakirə apardıq”.