Rayonlardan birində qaz təchizatında müvəqqəti fasilə yaranacaq

İqtisadiyyat

SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Beyləqan-Horadiz” yüksək təzyiqli magistral qaz kəmərinin 59,6-cı km-də “Əhmədbəyli-Horadiz-Mincivan-Ağbənd” avtomobil yoluna paralel yeni çəkilmiş yüksək təzyiqli qaz kəmərinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 08:00-dan etibarən işlər başa çatanadək “Füzuli Diaqnostika”, “Füzuli-Horadiz” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması nəzərdə tutulur.

“Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, həmçinin “Əhmədbəyli” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttinin üzərində filtrin quraşdırılması ilə bağlı, 17.11.2022-ci il tarixdə saat 09:00-dan etibarən işlər başa çatanadək “Əhmədbəyli” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Füzuli rayonunun (Horadiz şəhəri, 22 kənd və 17 qəsəbə) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.