Nazir: “Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb” – FOTO

İqtisadiyyat

Hacıqabul Sənaye Məhəlləsinin rezidentlərinin sayı artırılıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Facebook” səhifəsində paylaşım edib.

Paylaşımda bildirilir:

“Hacıqabul Sənaye Məhəlləsində üç yeni sahibkarlıq subyektinə rezident statusu verilib və rezidentlərin sayı 13-ə çatıb. Ümumi investisiya həcmi altı milyon manatdan çox olan üç müəssisədə (“Absheron Trending” MMC, “AR Metiz” MMC və “LV Shipping Caspian” MMC) 115 iş yeri yaradılacaq”.