Azərbaycanla TDT arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olundu – FOTO

İqtisadiyyat

Türk Dövlətləri Təşkilatının (TDT) baş katibi ilə Rəşad Nəbiyev arasında İKT sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Twitter”də bildirib.

Nazir Türk Dövlətləri Təşkilatının yeni təyin olunmuş Baş katibi Kubanıçbek Omuralievin rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb.

“Ölkəmizin təşkilatla nəqliyyat və İKT sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərini müzakirə etdik. Nümayəndə heyətinə Zəngəzur dəhlizinin üzv dövlətlər üçün əhəmiyyəti və işğaldan azad olunmuş ərazilərimizdə nəqliyyat və rabitə infrastrukturunun inşası üzrə görülən işlər barədə məlumat verdik. Orta Dəhliz boyunca tranzitin asanlaşdırılması, o cümlədən nəqliyyat əməliyyatlarının rəqəmsallaşdırılması istiqamətində Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər haqqında danışdıq”, – nazir qeyd edib.