Bu turnirdəki iştirakçılar top-şahmatçılardır.
“Report”un Xankəndiyə ezam olunan əməldaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında iranlı şahmatçı Amin Tabatabai deyib.
O, XI Vüqar Həşimov Memorialı haqqında fikirlərini bölüşüb:
“Bu turnirə uzun müddətdir baxırdım. Həmişə burada qüvvəni sınamağı düşünürdüm. Çox xoşbəxtəm ki mən də iştirak edirəm. Bu yarışa uzun müddət hazırlaşmışam. Bu mənim üçün Dohadakı rapid və blitz üzrə dünya çempionatına hazırlıqdır. Buradakı iştirakçılar, top-şahmatçılardır”.
Qeyd edək ki, Memorial dekabrın 11-də başa çatacaq.
Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
