İraqda neft emalı zavodu yaxınlığında toqquşma olub, ölən və yaralananlar var

Baş səhifə
İraqda neft emalı zavodu yaxınlığında toqquşma olub, ölən və yaralananlar var

İraqın Ərbil şəhərinin şimalında yerləşən “Lanaz” neft emalı zavodu yaxınlığında etiraz aksiyası keçirilib.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, aksiya iştirakçıları zavodda iş yerlərinin yaradılmasını tələb ediblər.

Obyekti mühafizə edən təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında toqquşma olub. Təhlükəsizlik qüvvələri etirazçılara atəş açıblar.

Nəticədə bir etirazçı və neft məhsulları daşıyan yük maşınının sürücüsü həyatını itirib, daha üç nəfər yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir