İşçisi ölən şirkət rəhbəri məhkəmə zalında həbs edildi

Cəmiyyət

“Kranpartner” MMC-nin baş direktoru Emil Paşayev həbs edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən il iyunun 19-da Xaçmaz rayonunda yerləşən “Xaçmaz Yaşayış Kompleksi”ndə işləyən 1994-cü il təvəllüdlü Kamran Cəfərovun krandan yıxılaraq ölməsi faktına görə şirkət rəhbəri cəzalandırılıb.

O, Xaçmaz Rayon Məhkəməsinin hökmü ilə 5 il 1 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalındaca həbs olunub. Həmçinin 41 yaşlı E.Paşayev azadlığın məhdudlaşdırılması ilə bağlı cəzadan sonra iki il müddətinə “tikinti-quraşdırma və tikinti təhlükəsizliyi sahəsində rəhbər və maddi-məsul” vəzifə tutmaq hüququndan məhrum edilib.

Qeyd edək ki, prokurorluğun yaydığı ilkin məlumatda Emil Paşayev barəsində Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işinin başlanıldığı bildirilib. Lakin sonradan prokurorluq cinayət işini 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ölümlə nəticələndikdə) maddəsinə tövsif edib.

“Kranpartner” şirkəti kranların quraşdırılması, onlara texniki xidmətin göstərilməsi kimi fəaliyyətlərlə məşğul olur.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir