“İşğaldan azad edilmiş ərazilərdə 11 hidroloji stansiyanın 14 çay üzərində quraşdırılması istiqamətində işlər yanvar ayından başlayıb və davam etdirilir. Artıq topoqrafik işlər yekunlaşıb”.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, ərazinin mürəkkəbliyini, minalarla çirklənməsini nəzərə alaraq yaxın iki ay ərzində proses bitəcək:
“Eyni zamanda, bu il ərzində hidrometeoroloji stansiyaların Şuşa, Ağdam, Zəngilan rayonlarında quraşdırılması planlaşdırılır”.
İlhamə Əbülfət
www.102info.az
