İsmayıllıda 8 noyabr – Zəfər Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib-FOTO

Cəmiyyət

Bu gün İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun idarə, müəssisə və digər xidmət təşkilatlarının rəhbərləri və kollektivləri tərəfindən 8 noyabr – Zəfər Günü münasibətilə təşkil olunan silsilə tədbirlər çərçivəsində ağacəkmə aksiyası keçirilib və ölkəmizin iqlim şəraitinə uyğun olaraq dözümlü, dekorativ cəhətdən yaraşıqlı 1200 ədəd ağac əkilib.

İsmayıllı rayonunun “ağciyəri” sayılan yaşıl guşələrin dairəsi genişləndirilir, müasir parklar, yeni yaşıllıq zolaqları salınır, ekoloji siyasət uğurla həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir