İsraildə 9 May paradı ləğv edilib

Dünya

İsraildə 9 May paradı ləğv edilib.

Bu barədə ölkənin Repatriasiya və İnteqrasiya Nazirliyinin rəhbəri Pnina Tameno-Şete bəyan edib.

O bildirib ki, “mövcud incə vəziyyətdən” xəbərdardır.

Nazir əlavə edib ki, Herzl dağında builki ənənəvi mərasimdə yəhudi veteranların faşist Almaniyası üzərində qələbəyə verdiyi töhfələr müzakirə olunacaq.

Mənbə: Ukrinform

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir