
İtaliya “Şimal axını” qaz kəmərinin partladılmasında şübhəli bilinən ukraynalını Almaniyaya ekstradisiya edib.
APA xəbər verir ki, məlumatı Almaniya Baş Prokurorluğu RBK-ya təsdiqləyib.
Qurumun açıqlamasına görə, şübhəli şəxs bu gün İtaliyadan Almaniyaya gətirilib. Sabah o, Karlsrue şəhərində Federal Məhkəmənin istintaq hakimi qarşısına çıxarılacaq.
Baş Prokurorluq əlavə edib ki, istintaqın məxfiliyi səbəbindən hazırda əlavə məlumat açıqlanmır.
