Jestləri ilə heyrətləndirən qorxulu HEYKƏL – FOTOREPORTAJ

Cəmiyyət

Yolunuz bu küçədən düşsə, siz də onu görə bilərsiniz. Ani ani jestləri sizi heyrəntləndirə, hətta qorxuda bilər. Bir anda hərəkətə gələn heykəl… Amma əslində o da canlıdır…

Şəhərimizin “Canlı heykəl”inə çevrilən Pərviz Abdullayev bu rolun öhdəsindən layiqincə gəlir. İnsanlar tərəfində ona böyük maraq var. Mədəniyyət və İncəsənət Universitetinin məzunu olan Pərviz hazırda aktyor, ssenarist həmçinin küçə sənəti ilə məşğuldur. O, canlı heykəl işini Türkiyədə eyni işi görən dostundan öyrənib.

Pərviz deyir ki, Türkiyədə “Pantomim” teatrının keçmiş aktyoru Rafiz Mehdizadəylə görüşüb. Daha sonra isə Pat Atölye adında özəl teatrda aktyor və rejissor kimi çalışan bu şəxsdən küçə və canlı heykəl sənətini öyrənib. 

Layihə Dövlət Turizm Agentliyinin tabeliyində olan Bakı Turizm İnformasiya Mərkəzinindir. İdeya Pərviz Abdullayevə məxsus olsa da, bu təşəbbüsü həyata keçirmək üçün Bakı şəhər İcra Hakimiyyəti, Daxili İşlər Nazirliyi və Bakı Baş Mədəniyyət İdarəsi layihəyə dəstək olublar.

“Global Photo Stock”un əməkdaşı “Canlı heykəl”in bir gününü kamerasının yaddaşına köçürüb:  

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir