Kəlbəcər rayon 84 nömrəli tam orta məktəbdə əfsanəvi kəşfiyyatçı Ülfət Kərimovun anım günü qeyd edilib.

Təhsil

Məktəbdə I Qarabağ müharibəsində şəhid olmuş
Kəlbəcərin qəhrəman oğlu — Əfsanəvi kəşfiyyatçı ÜLFƏT KƏRİMOV anım günü qeyd edilib.Şagirdlərə şəhidin keçdiyi döyüş yolu haqqında məlumat verən məktəbin direktoru Həqiqət Məmişova bildirib ki,Vətəni qorumaq kimi müqəddəs bir amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən qeyrətli Vətən oğullarını yad etmək, bütün şəhidlərimizin əziz xatirəsinə ehtiramla yanaşmaq, onların adlarını əbədiləşdirmək və ruhlarını şad etmək bizim hər birimizin ən müqəddəs vəzifəsi və borcudur.

Ülfət Kərimov 1971-ci il fevralın 23-də Kəlbəcər şəhərində anadan olub.Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə çağırılmış və qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Akademiyasına daxil olmuşdur.1992-ci ilin sentyabrında təhsilini yarımcıq qoyaraq Qarabağ müharibəsinə könüllü olaraq yollanıb.
Kəşfiyyatçı kimi xidmət edən Ülfət Kərimov, 1993-cü ilin mart ayının 27-də Kəlbəcər rayonunun Ağdaban kəndi istiqamətində kənd əhalisinin kəndi tərk edə bilməsi üçün ermənilərlə qeyri-bərabər döyüşə girmişdir. Kənd əhalisinin sağ-salamat kəndi tərk etməsinə nail olsa da, özü Aşıq Şəmşirin məzarının yaxınlığında döyüşən zaman şəhid olub.
Allah butun şəhidlərə rəhmət eləsin

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir