Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatlar aşkar edilib (FOTO)

Baş səhifə

Bakı.Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə polis
əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad
rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə
məlumatlar daxil olub.

Trend xəbər
verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar
Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə
yerinə cəlb edilib.


<!—->
<!––>

Hüquq mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq
təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış
zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1
ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu
müəyyən edilib.

Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün
götürülərək kənarlaşdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir