Əfqanıstanın paytaxtı Kabildə güclü partlayış baş verib.
Məlumatı Kabil şəhər polisinin mətbuat xidmətinin rəhbəri Xalid Zadran da təsdiq edib.
Əfqanıstan mətbuatı yazır ki, paytaxtın əsasən şiə müsəlmanlarının yaşadığı Daşte-Barçi ərazisində törədilən partlayışda azı 25 nəfər həlak olub.
Partlayışın İŞİD qruplaşmasının üzvləri tərəfindən həyata keçirildiyi istisna edilmir.
Mənbə: Sputnik Əfqanıstan
www.102info.az
