
“Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların müqəddəs ruhu qarşısında baş əyirəm. Bu Vətən üçün canlarından keçən igid oğullarımızın xatirəsi bizim üçün əbədi bir qürur mənbəyidir”.
APA xəbər verir ki, bu sözləri bugünkü köç karvanı ilə doğma yurdu Zəngilana qayıdan Ceyhun Fətəliyev deyib.
“Şəhid ailələrinə səbir, dözüm və can sağlığı diləyirəm. Allah cənab Prezidentimizin canını sağ eləsin, dövlətimizi, ordumuzu daim qüvvətli eləsin. Bu gün yaşadığımız sevinc hissləri sözlərlə ifadə olunmayacaq qədər böyükdür. Hislərim o qədər qarışıq və dərin olur ki, bəzən onları dilə gətirmək belə çətinləşir. Sadəcə bir şeyi ürəkdən deyə bilərəm: Vətənimizin güclü, xalqımızın bir, ordumuzun qalib olduğunu görmək qədər qürurverici bir şey yoxdur. Bu sevinc, bu fəxr bizim hamımızın sevincidir”, – keçmiş məcburi köçkün əlavə edib.
