KİV: Kaliforniyada “F-16” qırıcı təyyarəsi qəzaya uğrayıb

Baş səhifə
KİV: Kaliforniyada F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

ABŞ Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “F-16” qırıcı təyyarəsinin Kaliforniya ştatının San-Bernardino dairəsində qəzaya uğradığı ehtimal olunur.

“Report” xəbər verir ki, bu barədə “ABC News” telekanalının yerli bölməsi məlumat yayıb.

Hadisə Trona hava limanı yaxınlığında baş verib. Pilot orta dərəcəli xəsarətlər alıb. Hadisənin səbəbi barədə hələlik məlumat verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir