Kiyevdə Zelenski ilə görüşən Avstriya kansleri Moskvaya gedəcək

Dünya

Avstriya kansleri Karl Nehammer Rusiya Fedrasiyasının Prezidenti Vladimir Putinlə görüşmək məqsədi ilə sabah Moskvaya uçmağı planlaşdırır.

Bu barədə Avstriya mətbuatı məlumat yayıb.

Öz növbəsində V.Putinin sözçüsü Dmitri Peskov bəyan edib ki, aprelin 11-də Rusiya Prezidenti ilə Avstriya kansleri arasında görüş baş tutacaq.

Məlumat üçün qeyd edək ki, Avstriya kansleri Karl Nehammer ötən gün Ukraynanın paytaxtı Kiyevə səfərdə olub, Volodimir Zelenski, Baş naziri Denis Şmıqal və Kiyev meri Vitali Kliçko ilə danışıqlar aparıb.

Mənbə: Segodnya

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir