
Xocalı. Trend:
Noyabrın 25-də 38 nəfərdən ibarət 11 ailə Xocalı rayonunun
Xanyurdu kəndinə qayıtdı.
Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin Trend-ə verdiyi xəbərə görə, mənzillərin
açarlarının təqdimat mərasimində çıxış edən Bərpa, Tikinti və
İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev
bildirib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, köçürülən
ailələrin sosial təminatı və məşğulluğu istiqamətində kompleks
tədbirlər həyata keçirilir.
Sakinlər üçün iş imkanları yaradılır, sahibkarlıq fəaliyyətinə
başlamaq istəyənlərə bütün zəruri dəstək göstərilir.
<!—->
<!––>
Xanyurdu kəndində elektrik, qaz, su, rabitə və digər mühüm
infrastruktur tam şəkildə bərpa edilib, əhalinin rahat yaşayışı
üçün bütün şərait yaradılıb.
Xəbər yenilənəcək
