Komitə sədri sığınacaqlardakı zorakılıqdan danışdı – VİDEO

Cəmiyyət

Son aylarda fiziki zorakılıq və ya digər səbəblərə görə sığınacaqlara ehtiyac duyan qadınların sayı artıb. 

Xüsusilə ailədaxili münaqişə zəminində evlərini tərk edən qadınların böyük bir qismi sığınacaqlara ehtiyac duyur. Lakin burada diqqətçəkən məqamlardan biri də ölkədə bu cür sığınacaqların sayca azlıq təşkil etməsidir. 

Məsələyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova münasibət bildirib.

Komitə sədri qeyd edib ki, artıq dövlət sığınacaqlarının tikilməsi ilə bağlı addımlar atılıb və bir neçəsinin açılması gözlənilir.

Sığınacaqların azlıq təşkil etməsindən əlavə orada məskunlaşan azyaşlıların fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı da faktlar var. Heç uzağa getməyək, may ayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən sığınacaqda uşaqların zorakılığa məruz qalması ilə bağlı prokurorluğa müraciət olunub. 

Bahar Muradovanın sözlərinə görə, sözügedən sığınacaqda azyaşlılara qarşı qeydə alınan zorakılıq hadisəsi ilə bağlı araşdırma davam edir.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir