Bakıda 11 kiloqram narkotik vasitə aşkar edildi – FOTO/VİDEO

Kriminal

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları Bakıda narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxsləri saxlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb.

Polislər həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkarlayıblar.

Qeyd edilib ki, İsrafil Hüseynov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün məhkum edilib. O, ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və ətraf qəsəbələrdə satmaq məqsədi ilə əldə etdiyini bildirib.

Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə razılıq verməsi tam sübuta yetirilib.

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının Türkan qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Baba Pənahov saxlanılıb.

Onun üzərinə və evinə baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.