Dövlət müəssisəsindən 37 min manatlıq oğurluq etmək istəyən dəstə ƏLƏ KEÇDİ – FOTO

Kriminal

Daşkəsən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində fəaliyyət göstərən “Alunit” İstehsalat Sahəsinin ərazisindən külli miqdarda metal məftil və çəpərləri oğurlamağa cəhd edən şəxslər “iş başında” yaxalanıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, peşəkarlıqla keçirilən əməliyyat tədbirləri zamanı qabaqcadan əlbir olaraq bir qrup şəxs halında dövlət əmlakını gizli yolla talamağa cəhd edən Daşkəsən rayon sakinləri Niyazi Məmmədov, Vüqar Alıyev, Eşqin İmamverdiyev və Elnur Əsgərov saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mart ayının 11-də elektrik mişarı və digər alətlər vasitəsi ilə ərazidəki ümumi dəyəri 36 993 manat olan kanat yolunun qoruyucu çəpərlərini saxlayan 1 600 metr uzunluğundakı metal məftil və 400 metr uzunluğundakı dəmir çəpərləri oğurlamağa cəhd ediblər.

Şübhəli şəxslər maddi sübutlarla birlikdə saxlanılaraq istintaqa təhvil veriliblər, faktla bağlı Daşkəsən RPŞ-də zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir