Göyçayda keçmiş məhkumdan odlu silah götürülüb – FOTO/VİDEO

Kriminal

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində qanunsuz olaraq odlu silah daşımaqda şübhəli bilinən şəxs tutularaq məsuliyyətə cəlb edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, əvvəllər soyğunçuluq cinayəti törətdiyinə və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə ümumilikdə 10 ildən artıq məhkumluq həyatı yaşayan Ramin Talıbov saxlanılıb. Şəxsi axtarış zamanı ondan lüləsi və qundağı kəsilmiş (obrez), atəşə yararlı tüfəng aşkarlanaraq götürülüb. R.Talıbov ifadəsində odlu silahı bir neçə il əvvəl Göyçay çayının sahilindən tapdığını və yaşadığı ünvanda gizlətdiyini bildirib.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir