Baş Prokurorluqdan Bakıda dünya çempionunun qətli ilə bağlı AÇIQLAMA

Kriminal

Baş Prokurorluğun Mətbuat Xidməti martın 14-də saat 21 radələrində Binəqədi rayonu ərazisində yerləşən marketlərdən birində kikboks üzrə dünya çempionu, 1984-cü il təvəllüdlü Zaur Yusifovun qətli ilə bağlı məlumat yayıb.

Bildirilib ki, faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlkin istintaqla 2000-ci il təvəllüdlü Samir Şirəliyevin qətlə yetirilmiş xalası oğlu “Emin 444” ləqəbli Emin Səfərovun öldürülməsində şübhələndiyi Zaur Yusifovu qisas almaq məqsədilə odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Samir Şirəliyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir