Qazaxda bıçaqlanma hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun “Yeni qəsəbə” adlanan yaşayış massivində qeydə alınıb.
Qəsəbə sakini, 1999-cu il təvəllüdlü Adıgözəlov Səhlədar Nazim oğlu bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, 23 yaşlı oğlanı dostu, Cavid adlı şəxs aralarında düşən mübahisə zəminində bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.
www.102info.az