Bakıda məşhur bazarda mübahisə qanla bitdi

Kriminal

Bakıda bazarda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nizami rayonu “8-ci km bazarı” adlanan bazarda qeydə alınıb.

Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Sərdar Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanılıb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir