Bakıda 4 ay əvvəl toyu olmuş şirkət sahibinin meyiti tapıldı

Kriminal

Salyan rayon sakininin Bakıda yaşadığı mənzildə meyiti aşkarlanıb.

“Report”un Muğan bürosunun məlumatına görə, meyiti tapılan şəxsin 35 yaşlı Vüsal Məlikov olduğu müəyyənləşib.

Hələlik onun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, mərhum Bakı şəhərində fəaliyyət göstərən təmir-tikinti şirkətlərindən birinin sahibi olub. O, 4 ay əvvəl ailə qurmuşdu.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir