Avtomobildən 34 kiloqramdan çox narkotik tapıldı

Kriminal

Masallıda avtomobildən külli miqdarda narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışında şübhəli olan Ağcabədi rayon sakinləri Elçin və Elnur Məmmədovlar və Qubadlı rayon sakini P.Məhərrəmov saxlanılıblar.

Əməliyyat zamanı P.Məhərrəmovun idarə etdiyi “Ford Transit” markalı avtomobilə baxış keçirilib.

Bu zaman oradan ümumilikdə 34 kiloqram 715 qram narkotik vasitə və 600 ədəd təsiredici həb (17 kiloqram 650 qram heroin, 6 kiloqram 315 qram metamfetamin, 10 kiloqram 750 qram marixuana və 600 ədəd metadon həbi) aşkar edilərək götürülüb.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir