Bakının Buzovna qəsəbəsində döl tapılıb.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəsəbə sakini A.Hüseynova məxsus bağ evinin həyətində 24-25 həftəlik döl aşkar edilib.
Yarımçıq doğuş nəticəsində xaric olmaqla ölmüş dölün həyətə kim tərəfindən atılması, hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsində araşdırma aparılır.
www.102info.az