Bakıda 24 yaşlı qız özünü öldürdü

Kriminal

Bakıda gənc qız intihar edib.

“Kriminalqafqaz”ın əldə etdiyi məlumata görə, hadisə Yasamal rayonu Şərifzadə küçəsində yerləşən binada baş verib.

1998-ci il təvəllüdlü İlahə Məmmədova özünü yaşadığı mənzildə asaraq həyatına son qoyub.

24 yaşlı qızın hansı səbəbdən intihar etməsi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir