Oğurluq üçün girdiyi mağazada ələ keçdi – ANBAAN VİDEO

Kriminal

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluğa cəhd etməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə,  daxil olmuş müraciət əsasında dərhal hərəkətə keçən Mühafizə Şöbəsinin polis əməkdaşları Xaçmaz rayon sakini Rəhman Rəhimovu hadisə yerində yaxalayıblar.

O, ərzaq mağazasına qapını sındırma yolu ilə daxil olaraq oradan pul, eləcə də müxtəlif növ spirtli içkilər və ərzaq oğurlamağa cəhd edib. Həmin şəxs polis əməkdaşları tərəfindən Quba Rayon Polis Şöbəsinə gətirilib.

Quba Rayon Məhkəməsinin qərarı ilə R.Rəhimov barəsində inzibati həbs  qaydasında tənbeh növü seçilib.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir