Özünü dindar kimi təqdim edib narkotik satdı – VİDEO

Kriminal

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupu məlumat yayıb.

Bildirilib ki, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakinləri Zamir Salmanov və Albert Balakişiyev saxlanılıblar. Həmin şəxslərin üzərlərinə baxış keçirilən zaman xeyli miqdarda narkotik vasitə olan marixuana və psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülüb.

Məlumat üçün bildirək ki, Zamir Salmanov rayon ərazisində özünü dindar şəxs kimi təqdim edir.

Faktla bağlı Qusar RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir