Kürdə batan 12 yaşlı yeniyetmənin meyiti tapıldı

Cəmiyyət

Dünən Kür çayının Sabirabad rayonu, Azadkənd kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2010-cu il təvəllüdlü Abdullayev Əhməd Əkbər oğlunun axtarışları başa çatıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ə.Abdullayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

www.demir-yumruq.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir