Prezident İlham Əliyev 28 mart 2023-cü il tarixdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunun xüsusi nümayəndəsi Məsim Məmmədovu qəbul edib. Qəbul zamanı geniş aspektli müzakirələr və məsələlərə toxunulub.
Laçın rayonu Azərbaycanın əzəli və tarixi torpaqlarından hesab edilir. Eyni zamanda da ölkənin ən böyük rayonarından biridir. 28 il işğal altında olan rayonun infrastrukturu Ermənistan tərəfindən məhv edilmiş, milli-mənəvi dəyərləri talanmışdır. İşğal dövrü ərzində burada qanunsuz məskunlaşma prosesi aparılaraq, doğma sakinlər öz yurdlarından didərgin salınmışdır.
Prezident İlham Əliyev xüsusi olaraq bildirib ki, Şuşa rayonunun işğal edilməsi bilavasitə Laçının da düşmən tərəfindən ələ keçirilməsinə yol açmışdı. Bu iki hadisə o zamanlar Azərbaycan xalqını və dövlətini dərin siyasi böhranla qarşı-qarşıya qoya bilmişdir. Lakin 44 günlük Vətən müharibəsi zamanı istər döyüş meydanında, istər danışıqlar masasında, istərsə də informasiya müharibəsində əldə olunan üstünlüyümüz qələbəni müvəffəq qıldı.
Çətin bir mərhələni adladıqdan sonra da qarşıda duran vəzifələrin mahiyyəti böyüməyə başladı. Xüsusilə azad olunan torpaqların məhsuldar formaya gətirilməsi, abidələrin bərpası, insanların öz torpaqlarına qayıtmaqla burada məskunlaşması və həyatın yenidən canlanması labüd məsələdir. Bunun üçün ardı-arası kəsilməyən böyük layihələr hazırlanılır və icra edilir. Beynəlxalq Hava Limanı inşa edilir. Kəlbəcər-Laçın yolu yenidən bərpa olunur. Minlərlə insan bu ilik yekununa qədər Laçın şəhərinə köç edə biləcək və doğma yurdlarının sahibi olacaqlar.
Bununla yanaşı işğal ərzində dağıdılmış məscidlərimiz və dini ocaqlarımız da diqqət mərkəzindədir. Hansı ki, Heydər Əliyev Fondunun xətti ilə məscidlər bərpa olunur və ya inşa edilir.
Bütün bunlar Laçın rayonunun nəinki Azərbaycanın, həmçinin dünya miqyasında ən gözəl şəhərlərdən birinə çevriləcəyinə işarədir.
Elmi Məmmədli
İsmayıllı rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi
