
Bakı. Trend:
Litvada keçirilən təlimlər zamanı NATO döyüş qrupunda xidmət
edən belçikalı əsgər həyatını itirib.
Trend xəbər
verir ki, bu barədə VRT telekanalı məlumat yayıb.
Əsgər 28 noyabrda minaatan hadisəsi nəticəsində ağır yaralanıb
və ertəsi gün aldığı xəsarətlərdən vəfat edib. O, NATO missiyasının
bir hissəsi olaraq Belçika hərbi kontingentinin tərkibində xidmət
edirdi.
<!—->
<!––>
Belçikanın müdafiə naziri Teo Franken “X” sosial şəbəkəsində
hadisəni təsdiqləyib, həlak olan hərbçinin ailəsinə başsağlığı
verib və Litvaya göstərdiyi dəstəyə görə təşəkkür edib.
Şərq cinahının gücləndirilməsi missiyası çərçivəsində Litvaya
yerləşdirilən çoxmillətli NATO döyüş qrupu Almaniya komandanlığı
altında fəaliyyət göstərir.
