“Liverpul” liderliyə yüksəldi

İdman

“Liverpul” İngiltərə Premyer Liqasında 31-ci turun oyununa çıxıb.

Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi evdə “Uotford”a 2:0 hesabı ilə qalib gəlib və ölkə çempionatında ardıcıl 10-cu qalibiyyətini əldə edib.

“Liverpul”un heyətində qolları Dioqo Jota (22) və Fabinyo (89) vurub.

Bu qələbədən sonra xallarını 72-yə çatdıran Yurgen Kloppun komandası turnir cədvəlində 1-ci pilləsinə yüksəlib. “Uotford” isə 22 xalla 18-ci pillədə qərarlaşıb.

Ehtiyatda bir oyun olan “Mançester Siti” 70 xalla ikincidir. Mançester təmsilçisi bu gün “Börnli” klubunun qonağı olacaq. 

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir