Lukaşenko həbsdə olan 31 Ukrayna vətəndaşını əfv edib

Baş səhifə

Bakı. Trend:

Belarus Prezidenti Aleksandr Lukaşenko 31 Ukrayna vətəndaşını
əfv edib. Onlar bu gün vətənə qayıdacaqlar.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu barədə Belarus Prezidentinin
mətbuat katibi Natalya Eysmont açıqlama verib.


<!—->
<!––>

“ABŞ Prezidenti Donald Tramp ilə Aleksandr Lukaşenko arasında
əldə edilən razılaşmaların davamı olaraq, Ukrayna tərəfinin xahişi
ilə və qonşu dövlətdə silahlı münaqişənin həlli üçün şərait
yaratmaq məqsədilə Prezident 31 Ukrayna vətəndaşını əfv edib”, –
deyə Eysmont bildirib.

Məlumata görə, iki katolik keşişi də əfv edilib. Onların
azadlığa buraxılması “Papa XIV Leonun xahişi ilə” həyata
keçirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir