“Zəfərin izi ilə” təqdim olundu

Mədəniyyət

Salyan regional “ASAN Xidmət” Mərkəzinin təşkilatçılığı, Salyan Dövlət Rəsm Qalereyasının dəstəyi ilə gənc rəssam Nurlanə Qafarovanın əl işlərindən ibarət “Zəfərin izi ilə” adlı fərdi sərginin açılış mərasimi olub. 

Mərasimdə Vətən müharibəsi iştirakçıları, qazilər, hərbiçilər, sənət adamları və ictimaiyyət iştirak edib. Çıxış edən natiqlər gənc rəssamın yaradıcılığından söhbət açıblar. Bildirilib ki, Nurlanə Qafarova respublika və xarici dövlətlərin rəsm festival və müsabiqələrin iştirakçısı kimi dəfələrlə qalib olub. O, sonralar bədii yaradıcılığını maketişləmə, memarlıq və heykəltəraşlıq üzrə inkişaf etdirib. Onun yaratdığı əsərlərdə tarixi Zəfərimiz mövzüsu xüsusi rol oynayır. Belə ki,

gənc rəssamın yaratdığı əsərlərdə obrazlar qəhrəmanlarımız, tarixi abidələrimiz, vətənimizin müxtəlif guşələridir. O, bu əsərləri xüsusi üslub və elementlərdən istifadə edərək tamaçıya çatdırır.

Çıxışlardan sonra sərgiyə baxış olub, gənc sənətçi yaratdığı kompozisiyalar haqqında sərgi iştirakçılarına məlumat verib. Nurlanə Qafarovanın “Şuşanın dağları”, “Gövhər Ağa məscidi”, “Xudafərin”, “Topçu Vüsal”, Zəfər yolu”, “Xarı bülbül”, “Döyüş postu”, “Bayraqdar” və digər əsərləri sərgi iştirakçılarında rəğbət hissi oyadıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir