Bir qrup mədəniyyət və incəsənət xadiminə dövlət mükafatları təqdim olunub – FOTO

Mədəniyyət

Azərbaycan Milli İncəsənət Muzeyində Prezidentin müvafiq sərəncamları ilə dövlət təltiflərinə layiq görülən mədəniyyət və incəsənət xadimlərinin bir qrupunun mükafatlandırma mərasimi baş tutub.

“Report” xəbər verir ki, mərasimdə mədəniyyət naziri Anar Kərimov, nazirliyin nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.

Nazir Anar Kərimov bildirib ki, dövlət tərəfindən mədəniyyət xadimlərinə böyük diqqət və qayğı var: “Bizim üçün şərəfdir ki, dövlət rəhbərliyinin təltiflərini sizə təqdim edirik. Biz tarixi anları yaşayırıq. Azərbaycan təkcə torpaqlarının deyil, həm də mədəniyyətinin bütövlüyünü yaşayır. Sevinir və fəxr edirik ki, bu günləri yaşayırıq. Biz Qarabağa təkcə infrastrukturun bərpası ilə deyil, həm də mədəniyyətimizin dirçəldilməsi ilə qayıdırıq. Azad olunan ərazilərdə Şuşada bir çox tədbirlər keçiririk. Bununla da dünyaya göstəririk ki, Azərbaycan o torpaqlara mədəniyyət, incəsənətlə qayıdır”.

Nazir vurğulayıb ki, müharibədən sonra informasiya müharibəsi davam edir: “Bu işdə mədəniyyət xadimlərinin və ictimaiyyətin üzərinə böyük iş düşür. Mədəniyyətimizin ölkə daxilində və xaricində təbliğinə ehtiyac var. Bu bizim məsuliyyətimizdir. Mədəniyyətimizi geniş şəkildə dünyaya tanıtmalıyıq”.

Daha sonra mədəniyyət xadimlərinə orden və medalları təqdim edilib.

Sonda mükafatçılarla xatirə şəkili çəkilib.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.