Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramı keçirildi.

Mədəniyyət

Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramı keçirildi. XX əsr Azərbayca aşıq sənətinin görkəmli saz-söz ustadı Dədə Şəmşirin ozan aşıq mədəniyyətinin inkişafındakı. əvəzsiz rolu çağdaş aşıqlığın irəlləməsində yenə də müstəsna tarixi rola malikdir. Yeni nəsil gənc və yeniyetmə ifaçılarının formalaşmasında onun qoyub getdiyi sənət mirası güclü enerji mənbəyidir. Bu səbəbdən yeniyetmə aşıqların sənət uğurlarını və axtarışlarını ortaya çıxarmaq məqsədi ilə indiyə qədər Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Aşıqlar Birliyi və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı dəfələrlə aşıq müsabiqəsi keçirmiş, istedadlı saz-söz ifaçılarının sənət aləminə gəlməsinə mənəvi dəstək göstərmişlər.
Bu il keçirilən Aşıq Şəmşir adına v saz-söz müsabiqəsi həmin uğurun davamıdır.
Gəncə şəhərində Gəncə Regional Mədəniyyət idarəsinin Kəlbəcər mədəniyyət sarayında 17 mart 2022-ci ildə keçirilən bu müsabiqə artıq Dədə Şəmşir Yurdunun- Kəlbəcər torpağının azadlığa qovuşması amalında Zəfər ovqatı ilə keçirilir.
Azərbaycanın müxtəlif bölgələrindən müsabiqəyə qatılan yeniyetmə saz-söz ifaçıları, vətənpərvərlik, qəhramanlıq, milli dövlətçilik, azərbaycançılıq ruhunu təmsil edən mahnılarla böyük saz-söz ustadlarının, o cümlədən də Dədə Şəmşirin müqəddəs ruhu qarşısında öz sənət hesabatlarını verdilər.
Müsabiqənin qaliblərinə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctami Birliyi tərəfindən diplom və mükafatlar verildi. Tədbirdə Kəlbəcər rayon İçra hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, hüquq mühafizə oraqlanlarının rəhbərləri və Kəlbəcər içtimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Yekunda Zəfər müjdəli Dədə Şəmşir saz-söz bayramıda keçirilmişdir.
Tədbirdə Azərbaycan Aşıqlar Birliyinin sədri, əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, Yeni Azərbaycan Partiyası Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və ustad aşıqlar saz-söz bayramına diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

www.102info.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir