Xalq artisti: “Evdə tək qalanda ağlayıram”

Mədəniyyət

“Bu müharibədə adlarını çəkmək istəmədiyim siyasətçilərin əli var, məhz onlar bunları düzəldirlər və heç kəs bilmir ki, müharibəni kim başladıb…”

Bu sözləri Yenisabah.az-a Rusiya-Ukrayna arasında gedən müharibədən danışan Xalq artisti Cavan Zeynallı deyib.

Sənətçi hər zaman sülhün tərəfdarı olduğunu bildirib:

“Mən şən adamam. Mənim ürəyim çox təmizdir və müharibədən çox danışmaq istəmirəm, çünki siyasətçi deyiləm. İndiyə qədər də başa düşmürəm ki, Ukrayna ilə Rusiya arasında niyə döyüş gedir?! İnternetdə hər gün müharibədən görüntülərə baxıram, bunlar niyə belə edirlər? Ay balam, yaşayın da, həyat adama bir dəfə verilir, nə üçün adamları öldürürsünüz? Heç kəs tam dəqiqliklə bilmir ki, Ukraynada nələr baş verir, çünki hərə bir cür şərh edir. Hər iki ölkə ayrı-ayrı şeylər deyir, hərə öz xeyrinə danışır. Ona görə mən onları başa düşmürəm.

Mən özüm sülh adamıyam. İstəyirəm ki, adamlar əmin-amanlıq içərisində yaşasın. Əgər belə olmasaydım, royalda bütün dünyanın melodiyalarını çala bilməzdim. Mən tək Azərbaycan melodiyalarını ifa etmirəm”.

Cazmen sosial şəbəkələrdə müharibə ilə bağlı kadrları gördükcə ağladığını etiraf edib:

“Olan dinc əhaliyə oldu, 110 körpə artıq həyatını itirib. Mən birtəhər oluram. Mən bu hadisələrə baxanda evdə ağlayıram. Tək olanda göz yaşlarıma hakim ola bilmirəm. Mənim üçün tək qalmaq çox çətindir. Heç vaxt istəmərəm ki, dünyanın harasındasa müharibədə körpələr həyatını itirsin, insanlar didərgin düşsün. Sosial şəbəkələrdə müharibədən görüntüləri izləyirəm, sonra görürəm ki, təzyiqim qalxıb. Mənə bu, olmaz axı, yaşlı adamam. Mən siyasətçi deyiləm, cazmenəm, insanlara xoş aura bəxş etmək istəyirəm. Onlar üçün musiqilər ifa edirəm. İnanın, kim gəlib deyir ki, “Cavan müəllim, filan şeyi ifa edərsən?” deyirəm “Baş üstə!” Mənim üçün problem yoxdur”.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.