Aygün Aslanlının “Skafandrlı adam”ı təqdim olundu – FOTO

Mədəniyyət

Kinoşünas Aygün Aslanlının Xalq artisti Fuad Poladova həsr etdiyi “Skafandrlı adam” kitabının təqdimatı olub.

Oxu.Az xəbər verir ki, təqdimat bu gün “Libraff” kitab mağazasının Elmlər Akademiyası filialında baş tutub.

Təqdimatda iştirak edənlər müəllifin xüsusi yanaşma və tərzə sahib olmasını, kitabın üslubunun olduqca qeyri-adi və emosional olduğunu qeyd ediblər.

Bildirilib ki, kitabda Fuad Poladovun tanınmayan tərəfləri qeyd edilib.

Təqdimatda həmçinin qeyd olunub ki, satışdan əldə olunan gəlir xeyriyyə məqsədi ilə xərclənəcək.

Kitab “Parlaq İmzalar” nəşriyyatı tərəfindən dərc olunub, üz qabığının müəllifi isə Rəsul Həsəndir.

Xatırladaq ki, kitab mərhum aktyor Fuad Poladovun anadan olmasının 74 illiyinə ithaf olunub.

www.102info.az

Spread the love

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir